Yuxarı

​Proqnoz: Yaxın 2-3 ayda dollar/avro məzənnəsi 1,22 USD/EUR-a çata bilər

ABŞ-da I rübün makroiqtisadi göstəriciləri gözləntilərdən zəif olub

Bakı. 29 aprel. REPORT.AZ/ Bu ilin ilk rübündə ABŞ-da iqtisadi artım 0,2% olub. Gözləntilər bu rəqəmin 1% olması istiqamətində olub. Qeyd edək ki, əvvəlki rüb, yəni 2014-cü ilin son rübündə ÜDM 2,2% artıb.

"Report" xəbər verir ki, bunun nəticəsində ABŞ dollarının digər valyutalar, əsasən də avroya qarşı məzənnəsi düşüb. Bu gün səhər saatlarında 1,0960 USD/EUR olan məzənnə hazırda 1,1062 USD/EUR səviyyəsindədir.

ABŞ-da ÜDM göstəricilərinin zəif olması bu gün Bakı vaxtı ilə axşam saatlarında keçiriləcək Federal Ehtiyat Sisteminin iclasında ölkədə yaxın zamanlarda hətta bu il ərzində uçot dərəcəsinin artırılmaması qərarı dəstəklənəcək. Bu da dolların digər valyutalara nəzərən zəifləməsi tendensiyasının davam etməsinə səbəb olacaq.

"Report"un analitik qrupu əvvəlki proqnozlarına sadiq qalaraq dollar/avro məzənnəsinin yaxın 2-3 ayda 1,22 USD/EUR səviyyəsinə yüksələcəyini istisna etmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi