Proqnoz: Türkiyədə dollar 3,60 lirəyə kimi ucuzlaşa bilər

Proqnoz: Türkiyədə dollar 3,60 lirəyə kimi ucuzlaşa bilər Bu il ərzində məzənnənin 3,60-4,10 TRY/USD diapazonunda hərəkət edəcəyi gözlənilir
Maliyyə
30 Yanvar , 2017 14:48
Proqnoz: Türkiyədə dollar 3,60 lirəyə kimi ucuzlaşa bilər

Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsinin qısamüddətli perspektivdə 3,60 TRY/USD-yə qədər düşməsi proqnozlaşdırılır. 

"Report" xəbər verir ki, keçən həftənin cümə günü, yanvarın 27-də iki önəmli reytinq təşkilatı - "S&P" və "Fitch"in Türkiyə ilə əlaqədar mənfi xəbərləri açıqlanıb. Belə ki, "S&P" ölkənin kredit reytinqi üzrə proqnozunu gözlənilmədən "stabildən" "neqativ"ə, "Fitch" isə reytinqi "BBB-"dən "BB+"a endirib. Lakin bu xəbərlər maliyyə bazarları tərəfindən artıq gözlənildiyi üçün, ciddi dəyişikliklər baş verməyib. Buna görə də son 3 ayda 30%-ə yaxın bahalaşan dollar, bir qədər geriləməyə başlayıb. 

"Bu trendin qısa müddətdə - 3,60 TRY/USD-yə qədər davam edəcəyi ehtimal olunur. İlin sonuna kimi Türkiyədə dolların məzənnəsində nisbi sabitlik gözlənilir. 2017-ci ilin qlobal iqtisadiyyat, valyuta, əmtəə və maliyyə bazarları üçün əsasən sakit keçəcəyi proqnozlaşdırılır. Buna görə də dolların məzənnəsinin də sərt hərəkət etməyəcəyi və 3,60-4,10 TRY/USD diapazonunda qalacağı gözlənilir", - deyə analitiklər qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi