Yuxarı
    Bağlamaq

    ​Proqnoz: Azərbaycanın icbari sığorta bazarında aktivlik zəifləyə bilər

    Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının qadağası ilə bağlıdır

    Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanda icbari sığorta məhsullarının satışı zamanı endirimlərin tətbiqinə nəzarətin gücləndirilməsi yaxın aylarda sığorta bazarında aktivliyin zəifləməsinə səbəb ola bilər. Bu barədə "Report"a açıqlamasında sığorta məhsullarının satışı ilə məşğul olan "AS Prof" sığorta agentliyinin direktoru Cahid Qurbanov bildirib.

    Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətlərinə xəbərdarlıq edərək icbari sığortanı endirimlə satmamağı tapşırıb. Bu isə indiyə qədər müştərilərə təklif olunan qiymətin bir qədər artmasına gətirib çıxaracaq və ən azı 1 ay satışda durğunluq yarada bilər.

    "İndiyə qədər sığorta şirkətləri rəqabət çərçivəsində qiymətlərdə endirim edib. Yəni, İcbari Sığorta Bürosunun sistemindən 100 manata çıxan məhsulu 80 manata almaq olurdu. Bundan sonra isə bütün şirkətlər standart qiymət təklif etməli olacaq. Bu da müştərilərdə narazılıq yaradacaq və onlar bir qədər gözləmə mövqeyinə keçəcəklər, çünki artıq endirimli qiymətə öyrəşiblər", - deyə C.Qurbanov qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi