Orxan İsmayılov: "Problemli kreditlərin həlli ilə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib"

Orxan İsmayılov: "Problemli kreditlərin həlli ilə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib" Prezident İlham Əliyevin Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanının icrası çərçivəsində indiyə qədər 43,3 min məhkəmə işinə xitam verilib.
Maliyyə
7 May , 2019 22:57
Orxan İsmayılov: Problemli kreditlərin həlli ilə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib

Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrası çərçivəsində indiyə qədər 43,3 min məhkəmə işinə xitam verilib.

"Report" xəbər verir ki, bunu AzTV-nin "Günün nəbzi" verilişinin efirində Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.

"Bu da vətəndaşların gərginliyinin azalması, onların sosial rifahının yenidən bərpa olunması deməkdir", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi