"Pro Kredit" BOKT-nin mənfəəti kəskin artıb

"Pro Kredit" BOKT-nin mənfəəti kəskin artıb "Pro Kredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 22 min manat mənfəətlə başa vurub.
Maliyyə
4 İyun , 2020 19:35
Pro Kredit BOKT-nin mənfəəti kəskin artıb

"Pro Kredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 22 min manat mənfəətlə başa vurub.

"Report" BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 22 dəfə çoxdur.

Ötən il "Pro Kredit"in vergiyəqədərki mənfəəti 22 min manat (əvvəlki ilə nisbətən 22 dəfə çox) təşkil edib. BOKT mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə "Pro Kredit"in aktivləri 2,4 milyon manat olub ki, bu da illik müqayisədə 33,2% azdır. Bunun 2,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-nin kredit portfeli 24,4% kiçilib.

Hesabat dövründə "Pro Kredit"in öhdəlikləri 39,5% azalaraq 1,8 milyon manata düşüb, balans kapitalı isə 4,3% artaraq 529 min manata çatıb.

Xatırladaq ki, "Pro Kredit" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 700 min manatdır. BOKT-nin təsisçiləri 64,3% payla Məhəbbət Məmmədov və 35,7% payla Rəna Məmmədovadır.

Son xəbərlər

Orphus sistemi