Yuxarı

Prezidentin köməkçisi: “Biz post-neft dövrünə 10-15 ilə qədəm qoyacağımızı gözləyirdik”

N.Əmirovun post-neft dövrünün belə tez yetişəcəyini gözləmədiklərini açıqlayıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanın 2025-ci ilə qədər iqtisadi inkişafı ilə bağlı yol xəritəsinin hazırlanması üçün “McKinsey & Company” şirkəti cəlb edilib. 

“Report” xəbər verir ki, bu barədə “Financial Times” jurnalına açıqlamasında Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

N.Əmirov post-neft dövrünün belə tez yetişəcəyini gözləmədiklərini açıqlayıb: “Biz post-neft dövrünə 10-15 ilə qədəm qoyacağımızı gözləyirdik, amma faktiki olaraq bu gün artıq həmin vəziyyətdəyik”.

Qeyd edək ki, “McKinsey & Company” ötən ay bir neçə ölkənin iqtisadi diversifikasiyası üçün konsultasiya xidmətləri göstərməyə başladıqlarını açıqlamışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi