Prezident: "Biz möhtəkirlərin qiymətləri süni şəkildə qaldırmasına imkan verə bilmərik"

Prezident: "Biz möhtəkirlərin qiymətləri süni şəkildə qaldırmasına imkan verə bilmərik" "Süni qiymət artımına yol verilməməlidir, çox ciddi nəzarət olmalıdır"
Maliyyə
7 Oktyabr , 2016 23:20
Prezident: Biz möhtəkirlərin qiymətləri süni şəkildə qaldırmasına imkan verə bilmərik

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Süni qiymət artımına yol verilməməlidir, çox ciddi nəzarət olmalıdır. Həm ictimai nəzarət, həm dövlət orqanları tərəfindən nəzarət daha da güclü olmalıdır. Çünki biz imkan verə bilmərik ki, hansısa natəmiz insanlar, möhtəkirlər qiymətləri süni şəkildə qaldırsınlar və beləliklə, insanlarımız bundan əziyyət çəksin".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun nitqi zamanı deyib.

"Əlbəttə ki, idxal olunan malların qiyməti dünya bazarlarında formalaşır. Əgər dünya bazarında Azərbaycanda istehsal olunmayan hansısa malın qiyməti artırsa təbii ki, bizdə də artacaq. Ona görə, biz çalışmalıyıq ki, idxaldan asılılığı maksimum səviyyədə azaldaq, yəni, minimum səviyyəyə endirək. Eyni zamanda, daxildə istehsal olunan ərzaq məhsullarının tərkibində xarici komponent də var. Biz o komponenti də azaltmalıyıq. Bu istiqamətdə işlər gedir", - deyə dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi