Polşa IMF-in 9 mlrd. dollarlıq kreditindən imtina edib

Polşa IMF-in 9 mlrd. dollarlıq kreditindən imtina edib Buna səbəb Polşa iqtisadiyyatının artıq sabitləşməsidir
Maliyyə
16 Oktyabr , 2017 13:27
Polşa IMF-in 9 mlrd. dollarlıq kreditindən imtina edib
Sputnik/ Natalia Seliverstova

Bakı. 16 oktyabr. REPORT.AZ/ Polşa hökuməti Beynəlxalq Valyuta Fondunun (IMF) 9,2 mlrd. dollarlıq kredit xəttindən imtina etmək niyyətindədir. Buna səbəb isə Polşa iqtisadiyyatının artıq sabitləşməsidir.

“Report” bu barədə "Vesti.ru"ya istinadən xəbər verir.

Polşanın maliyyə naziri Meteuş Moravetskinin "Twitter" hesabındakı şərhində qeyd olunub ki, ölkə iqtisadiyyatı artıq yaxşı vəziyyətdədir və IMF-in kredit xəttindən imtina edilir. Maliyyə nazirinin sözlərinə görə, bu qərar vergi məlumatları, maktoiqtisadi parametrlər, büdcə sabitliyi və valyuta ehtiyatlarının analizi nəticəsində qəbul olunub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Polşanın dövlət büdcəsində rekord profisit - 4,9 mlrd. zlota (1,36 mlrd. dollar) qeydə alınıb. Həmçinin, iqtisadi artım 4%-ə yaxınlaşıb.

Son xəbərlər

Orphus sistemi