Bakı. 16 oktyabr. REPORT.AZ/ Polşa hökuməti Beynəlxalq Valyuta Fondunun (IMF) 9,2 mlrd. dollarlıq kredit xəttindən imtina etmək niyyətindədir. Buna səbəb isə Polşa iqtisadiyyatının artıq sabitləşməsidir.
“Report” bu barədə "Vesti.ru"ya istinadən xəbər verir.
Polşanın maliyyə naziri Meteuş Moravetskinin "Twitter" hesabındakı şərhində qeyd olunub ki, ölkə iqtisadiyyatı artıq yaxşı vəziyyətdədir və IMF-in kredit xəttindən imtina edilir. Maliyyə nazirinin sözlərinə görə, bu qərar vergi məlumatları, maktoiqtisadi parametrlər, büdcə sabitliyi və valyuta ehtiyatlarının analizi nəticəsində qəbul olunub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Polşanın dövlət büdcəsində rekord profisit - 4,9 mlrd. zlota (1,36 mlrd. dollar) qeydə alınıb. Həmçinin, iqtisadi artım 4%-ə yaxınlaşıb.