Son dövrlərdə pensiya qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklərdə “2014-2020-ci illərdə pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın tələblərinə uyğunsuzluqlar olub.
“Report” xəbər verir ki, bu barədə
Məlumatda həmçinin deyilir ki, Konsepsiyada sığorta prinsiplərinə əsaslanmayan xərclərin minimum səviyyəyə endirilməklə maliyyələşdirilməsi mənbələrinin optimallaşdırılması, pensiya təyinatı şərtlərinin hər bir şəxs üzrə ödənilən sosial sığorta haqqının məbləğinə uyğunlaşdırılması tələbləri qoyulsa da, vətəndaşlara müəyyən şərtlər daxilində 01.01.2006-cı il tarixinə qədər sosial sığorta stajının avtomatik hesablanması, minimum pensiya məbləğinin artırılması sosial sığorta prinsiplərinə əsaslanmayan xərclərin də artımına şərait yaradıb, pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi istiqamətində dəyişiklik müşahidə edilməyib.