“PAŞA Sığorta”nın yığımları 7% artıb

“PAŞA Sığorta”nın yığımları 7% artıb Bakı. 20 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “PAŞA Sığorta” ASC-nin yığımları 37 674 802 manat təşkil edib. Şirkətdən “Report”a verilən məluma...
Maliyyə
20 Fevral , 2017 11:15
“PAŞA Sığorta”nın yığımları 7% artıb

Bakı. 20 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “PAŞA Sığorta” ASC-nin yığımları 37 674 802 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,97% çoxdur.

Hesabat dövründə “PAŞA Sığorta”nın ödənişləri də artıb. Belə ki, Şirkət ay ərzində 3 762 369 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 14,44% çoxdur.

2017-ci ilin yanvar ayında “PAŞA Sığorta” topladığı hər 100 manat sığorta haqqının 9,99 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar ayında 9,33% manat olub.

Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi