Yuxarı

"PAŞA Həyat" daxili auditor və risk menecerleri üçün təlimə başlayır

Təlimdə bir iştirakçı üçün ödənişin məbləği 850 manat təşkil edir

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanın “PAŞA Həyat Sığorta” şirkətinin nəzdində fəaliyyət göstərən Təlim Mərkəzi dekabr ayından başlayaraq sığorta şirkətlərinin orta menecer heyəti üçün ödənişli təlim keçirəcək. Bu barədə "Report"a şirkətin mərkəzi ofisindən məlumat verilib.

“Sığorta şirkətlərində daxili audit” mövzusunda təşkil olunacaq təlim proqramı sığorta şirkətlərinin təftiş komissiyasının üzvləri, risk menecment əməkdaşları və daxili auditorlar üçün nəzərdə tutulub.

Təlim həftədə 9 saat olmaqla, həftənin I, II və III günlərində, ümumilikdə 17 gün keçiriləcək və 51 tədris saatını əhatə edəcək. Təlimin sonunda bütün iştirakçılar imtahan verərək müvafiq sertifikatlarla təltif olunacaq. Təlimdə bir iştirakçı üçün ödənişin məbləği 850 manat təşkil edir. Qrup formalaşdıqdan sonra iştirakçıların xahişi əsasında təlimin qrafiki məsələsinə yenidən baxıla bilər. Təlimdə iştirak etmək istəyənlər şirkətə və ya Təlim Mərkəzinə müraciət etməlidir.

Qeyd edək ki, “PAŞA Həyat”ın Təlim Mərkəzi 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Mərkəz ilkin olaraq tələbələr üçün ödənişsiz təlimlər keçib və hazırda həmin layihə davam edir. İndiyədək Mərkəzin müxtəlif mövzulu təlimlərindən ölkədə fəaliyyət göstərən müxtəlif ali təhsil ocaqlarının 1 000-ə yaxın tələbəsi yararlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi