Yuxarı

“PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” “PAŞA Yatırım Bankası”nın istiqrazlarını alıb

“PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” “PAŞA Yatırım Bankası”nın istiqrazlarını alıb

Bakı. 13 avqust. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi – “PAŞA Yatırım Bankası”nın istiqrazlarının ticarətinə başlanılıb.

“Report” BFB-yə istinadən xəbər verir ki, qiymətli kağızlar “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə əsas bazar seqmentində listinqə daxil edilib və təkrar bazarda ticarəti təşkil olunub.

Bu istiqrazlar xarici emitentin yerli bazarda dövriyyəyə buraxdığı və BFB-də listinqə alınmış ilk qiymətli kağızlardır.

Hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 25 000 ədəd faizli sənədsiz, təmin edilməmiş, adlı istiqrazların kupon dərəcəsi 4,85% təşkil edir və son ödəniş tarixi 22 dekabr 2022-ci tarixinə təsadüf edir. Faizlər rüblük ödəniləcək.

Bu münasibətlə BFB-nin İdarə Heyətinin (İH) sədri Vüqar Namazovla “PAŞA Yatırım Bankası”nın İH-nin sədri Cəlal Qasımovun iştirakı ilə “Açılış zəngi” mərasimi olub.

“Report”un əldə etdiyi məlumata görə, 25 mln. dollarlıq istiqrazın 20 mln. dollarlıq hissəsini “PAŞA Holdinq” MMC-yə daxil olan “PAŞA Həyat Sığorta” ASC, 5 mln. dollarlıq hissəsini isə “PAŞA Sığorta” ASC əldə edib. Şirkətlər bu istiqrazlara likvidlik verərək onları 4,35-4,5% gəlirliliklə satışa çıxaracaqlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi