​"PAŞA Həyat Sığorta"nın yığımları 37% artıb

​"PAŞA Həyat Sığorta"nın yığımları 37% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb.
Maliyyə
15 İyul , 2016 12:53
​PAŞA Həyat Sığortanın yığımları 37% artıb

Bakı. 15 iyul. REPORT.AZ/ Bu ilin 1-ci yarısında "PAŞA Həyat Sığorta" ASC-nin yığımları 45 029 691 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, 2015-ci ilin eyni dövrünə nisbətən 37,36% çoxdur.

Hesabat dövründə "PAŞA Həyat Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 6 ay ərzində 10 661 883 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 63,18% çoxdur.

2016-cı ilin yanvar-iyununda "PAŞA Həyat Sığorta" topladığı hər 100 manat sığorta haqqının 23,68 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyununda 19,93% olub.

"PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 750 manat olan 7 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "PAŞA Holdinq" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi