“PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 26% azalıb

“PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 26% azalıb Bakı. 31 mart. REPORT.AZ/ “PAŞA Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 207,887 mln. manat təşkil edib.
Maliyyə
31 Mart , 2018 09:20
“PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 26% azalıb

Bakı. 31 mart. REPORT.AZ/ “PAŞA Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 207,887 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 26,3% çoxdur.

2017-ci ildə “PAŞA Həyat Sığorta”nın cəmi öhdəlikləri 41,2% artaraq 150,436 mln. manata çatıb, cəmi kapitalı isə 1,1% azalaraq 57,45 mln. manata düşüb.

Ötən il “PAŞA Həyat Sığorta”nın gəlirləri 124,151 mln. manat (əvvəlki ilə nisbətən 42% çox), xərcləri isə 107,219 mln. manat (65,4% çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 16,932 mln. manat olub ki, bu da illik müqayisədə 25,1% azdır.

2017-ci ildə “PAŞA Həyat Sığorta” 2016-cı ilə nisbətən 20% az – 3,861 mln. manat mənfəət vergisi ödəyib və ili 13,071 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 26,4% azdır. 

Son xəbərlər

Orphus sistemi