"PAŞA Həyat Sığorta"nın ödənişləri 2 dəfədən çox artıb

"PAŞA Həyat Sığorta"nın ödənişləri 2 dəfədən çox artıb Hesabat dövründə şirkətin daxilolmaları da artıb
Maliyyə
14 Sentyabr , 2016 17:44
PAŞA Həyat Sığortanın ödənişləri 2 dəfədən çox artıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında "PAŞA Həyat Sığorta" ASC-nin yığımları 55 981 736 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,86% çoxdur.

Hesabat dövründə "PAŞA Həyat Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 8 ay ərzində 14 494 624 manat ödəniş edib. Bu isə 1 ilə əvvələ nisbətən 2,06 dəfə çoxdur.

2016-cı ilin yanvar-avqust aylarında "PAŞA Həyat Sığorta" topladığı hər 100 manat sığorta haqqının 25,89 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-avqust aylarında 17,98% olub.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 750 manat olan 7 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi