“PAŞA Həyat Sığorta”nın aktivləri 15% artıb

“PAŞA Həyat Sığorta”nın aktivləri 15% artıb Bakı. 30 mart. REPORT.AZ/ “PAŞA Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 164,623 mln. manat təşkil edib.“Report” şirkətin mühasiba...
Maliyyə
30 Mart , 2017 09:12
“PAŞA Həyat Sığorta”nın aktivləri 15% artıb

Bakı. 30 mart. REPORT.AZ/ “PAŞA Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 164,623 mln. manat təşkil edib.

“Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,6% çoxdur.

2016-cı ildə “PAŞA Həyat Sığorta”nın uzunmüddətli aktivləri 27,6% artaraq 11,566 mln. manat, qısamüddətli aktivləri isə 13,7% artaraq 153,057 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 15% artaraq 106,543 mln. manata, o cümlədən uzunmüddətli öhdəlikləri 13,5% artaraq 102,628 mln. manata, qısamüddətli öhdəlikləri isə 77,8% artaraq 3,915 mln. manata çatıb.

Ötən il həyat sığortaçısının cəmi kapitalı isə 13,8% artaraq 58,079 mln. manat olub.

2016-cı ildə “PAŞA Həyat Sığorta”nın cəmi gəlirləri 87,416 mln. manat (2015-ci ilə nisbətən 86,5% çox), cəmi xərcləri 64,819 mln. manat (2,35 dəfə çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 22,596 mln. manat olub ki, bu da illik müqayisədə 16,9% çoxdur.

Hesabat dövründə “PAŞA Həyat Sığorta” 4,83 mln. manat (23,3% çox) mənfəət vergisi ödəyib və ili 17,766 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə əvvəlki illə müqayisədə 15,3% çoxdur.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 750 manat olan 7 000 səhm əsasında formalaşıb. Səhmlər 100% Şirkətin daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi