“Paşa Həyat Sığorta” bazara yeni məhsul çıxarıb

“Paşa Həyat Sığorta” bazara yeni məhsul çıxarıb Bakı. 18 avqust. REPORT.AZ/ Bu gündən “PAŞA Həyat Sığorta” ASC “Davamlı təhsil” adlı yeni sığorta məhsulunun satışına başlayıb.Şirkətdən “Report”a ...
Maliyyə
18 Avqust , 2017 15:59
“Paşa Həyat Sığorta” bazara yeni məhsul çıxarıb

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gündən “PAŞA Həyat Sığorta” ASC “Davamlı təhsil” adlı yeni sığorta məhsulunun satışına başlayıb.

Şirkətdən “Report”a verilən məlumata görə, məhsulun hazırlanmasında məqsəd Azərbaycanda təhsilin inkişafına dəstək verməkdir.

Belə ki, “Davamlı təhsil” məktəbəqədər hazırlıq, orta və ali təhsil ocaqlarında ödənişli təhsil alan tələbələrin valideynləri üçün nəzərdə tutulub. Məhsulun sığorta təminatına ödənişli təhsil alan tələbənin valideynlərindən birinin istənilən səbəbdən ölümü və valideynlərdən birinin bədbəxt hadisə nəticəsində I qrup əlilliyi daxildir.

“Davamlı təhsil” üzrə sığorta ödənişi 5 – 100 min manat arasında dəyişir. Bu məbləğə təhsil haqqının qalan hissəsi və müddətli həyat sığortası daxildir.

Valideynlər sığorta müqaviləsini minimum 3 il və yaxud daha çox müddətə bağlamaqla sığorta haqqı məbləğini birdəfəlik və yaxud illik bərabər hissələrə bölməklə onlayn rejimdə (e-pul.az, izim.az, kassam.az saytlarında), həmçinin tərəfdaş bankların filiallarında ödəyə bilərlər.

Sığorta hadisəsi baş verdikdə hər iki faydalanan şəxsə sığorta ödənişi birdəfəlik verilir. Həmçinin tələbə təhsilini dayandırdığı halda təhsil müəssisəsində istifadə olunmamış illərə görə təhsil haqqını “PAŞA Həyat Sığorta” müştəriyə geri qaytarır.

Müştərilər bu linkə http://pasha-life.az/calculators?lang=az daxil olmaqla məhsul üzrə sığorta haqqı məbləğini hesablaya bilərlər. Məhsul haqqında ətraflı məlumat əldə etmək üçün (012) 942 qısa nömrəsinə zəng etmək olar. 

Son xəbərlər

Orphus sistemi