"PAŞA Həyat"ın sığorta ehtiyatları 23% artıb

"PAŞA Həyat"ın sığorta ehtiyatları 23% artıb Şirkətin ümumi aktivləri 106 mln. manata çatıb
Maliyyə
22 Aprel , 2015 18:03
PAŞA Həyatın sığorta ehtiyatları 23% artıb

Bakı. 22 aprel. REPORT.AZ/ Bu ilin I rübü ərzində “PAŞA Həyat” sığorta şirkətinin ümumi aktivlərinin həcmi 14,1 mln. manat və ya 15,4% artaraq 106,0 mln. manata, investisiya portfeli isə 5,5 mln. manat və ya 6,8% artaraq 86,0 mln. manata çatıb. "Report"un verdiyi xəbərə görə, bu barədə şirkətin strateji inkişaf üzrə direktoru İsrail Qarayev bildirib. 

İ.Qarayevin sözlərinə görə, rüb ərzində “PAŞA Həyat”ın sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,4% artaraq 14,0 mln. manat, sığorta ödənişlərinin həcmi isə 3,5 dəfə artaraq 1,5 mln. manat təşkil edib.

Sığorta şirkətinin əsas maliyyə sabitliyi göstəricisi olan sığorta ehtiyatlarının həcmi rüb ərzində 23,4% artaraq 56,3 mln. manata çatıb.

Hesabat dövründə “PAŞA Həyat” sığorta daxilolmaları üzrə 44%-lik bazar payına malik olub.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevralından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının ən iri şirkətidir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,25 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi