"PAŞA Həyat" iki sığorta hadisəsinə görə 30,4 min manat ödəniş verib

"PAŞA Həyat" iki sığorta hadisəsinə görə 30,4 min manat ödəniş verib Ödənişlər boru istehsalı və avtoxidmət sektoruna aid müəssisələrin işçilərinin vəfatı ilə əlaqədar olub və onların ailələrinə verilib
Maliyyə
26 Fevral , 2015 13:09
PAŞA Həyat iki sığorta hadisəsinə görə 30,4 min manat ödəniş verib

Bakı. 26 fevral. REPORT.AZ/ "PAŞA Həyat" sığorta şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə iki sığorta hadisəsinə görə 30 350 manat həcmində ödəniş həyata keçirib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, istehsalat zamanı ayrı-ayrı vaxtlarda baş vermiş bədbəxt hadisə nəticəsində (boru istehsalı və avtoxidmət sektoruna aid müəssisələr) iki işçi həyatını itirib.

Zərərçəkmiş şəxslərin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası” tətbiq edilməklə vəfat etmiş şəxslərin ailəsinə müvafiq olaraq 22 080 manat və 8 270 manat həcmində sığorta ödənişləri verilib. 

Son xəbərlər

Orphus sistemi