Yuxarı

​"PAŞA Həyat" bədbəxt hadisə ilə bağlı 26 min manatlıq sığorta ödənişi verib

Tikinti işləri ilə məşğul olan şirkətlərin birində çalışan işçi bədbəxt hadisə nəticəsində həyatını itirib

Bakı. 17 dekabr. REPORT.AZ/ "PAŞA Həyat" sığorta şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti irihəcmli sığorta ödənişini həyata keçirib. Bu barədə "Report"a şirkətin baş ofisindən məlumat verilib.

Tikinti işləri ilə məşğul olan şirkətlərin birində çalışan işçi bədbəxt hadisə nəticəsində həyatını itirib. Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası" tətbiq edilməklə vəfat etmiş şəxsin ailəsinə 26 123 manat həcmində sığorta ödənişi verilib.

Qeyd edək ki, "PAŞA Həyat" sığorta şirkəti tərəfindən bu ilin əvvəlindən 2,736 mln. manat həcmində sığorta ödənişləri həyata keçirilib və bunun 63%-i (1,732 mln. manat) istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növünün payına düşüb.

"PAŞA Holdinq" Şirkətlər Qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevralından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari il dekabrın 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi