"PAŞA Bank" filial şəbəkəsini genişləndirir

"PAŞA Bank" filial şəbəkəsini genişləndirir Bakı. 4 oktyabr. REPORT.AZ/ "PAŞA Bank" ASC filial şəbəkəsini genişləndirməyi - iki yeni filial açmağı planlaşdırır.
Maliyyə
4 Oktyabr , 2017 12:46
PAŞA Bank filial şəbəkəsini genişləndirir

Bakı. 4 oktyabr. REPORT.AZ/ "PAŞA Bank" ASC filial şəbəkəsini genişləndirməyi - iki yeni filial açmağı planlaşdırır.

"Report"un verdiyi xəbərə görə, bu barədə bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva məlumat verib.

"Filial şəbəkəsini genişləndirmək planımız var. Xidmət şəbəkəmiz müştəri həcminin qarşılanmasına kifayət etmir. Gələn ilin əvvəlində 1-2 filial açmağı planlaşdırırıq. Bunlardan biri paytaxt Bakı, digəri isə regionda açılacaq", - bank rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi