Yuxarı

Palata: Hazırda fəaliyyət göstərən bankların heç birinin lisenziyasını ləğv etməyi planlaşdırmırıq

Rüfət Abbasov: IMF-in hesabatında qeyd edilən proseslər artıq başa çatıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondunun (IMF) bu məlumatı ilə bizdə tanışıq. Bu hesabat BVF-nin iyun ayında Azərbaycana olan missiyası əsasında hazırlanıb. 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov bildirib.

R.Abbasov deyib ki, IMF-in hesabatında qeyd edilən proseslər artıq başa çatıb:

“Bu missiyadan sonra iyul ayının sonunda biz 4 bankın lisenziyasını ləğv etdik və öncədən lisenziyası geri çağrılmış 2 bankın ləğvetməsinə başladıq. IMF-in hesabatında qeyd olunan proses artıq başa çatıb, hazırda fəaliyyət göstərən bankların heç birinin lisnziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulasiyalar əsassızdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi