Yuxarı
    Bağlamaq

    Palata: Daxili dövlət borcu üzrə xidmət xərcləri AMB-nin 2015-ci ilin yekunları üzrə əldə etdiyi mənfəət hesabına ödənməlidir

    Hesablama Palatası hesab edir ki, ikinci və üçüncü dərəcəli bazarlar təkmilləşdirilməlidir

    Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda gələn il dövlət istiqrazları üzrə faiz xərclərində 40 mln. manatın nəzərdə tutulması istiqrazların yerləşdirilməsi üzrə borclanmanın həcminin artması kimi qiymətləndirilə bilər. 

    "Report" xəbər verir ki, bu barədə “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə bildirilir.

    Palata hesab edir ki, ikinci və üçüncü dərəcəli bazarlar təkmilləşdirilməlidir: “2017-ci ilin daxili dövlət borcunun xidmət xərclərinin tərkibində 48,048 mln. manat məbləğində dövlət istiqrazlarının ödənişi və yerləşdirilməsi ilə bağlı xərclərin (78,6%), 13,115 mln. manat məbləğində isə Mərkəzi Bankdan alınmış kreditlər üzrə xərclərin (21,4%) proqnozlaşdırıldığı, dövlət istiqrazlarının ödənişi və yerləşdirilməsi ilə bağlı xərclərin 40 mln. manatının faizlər üzrə ödənişlərin, 48,0 min manatının bank xərclərinin, 8 mln. manatının səhmlər istisna olmaqla qiymətli kağızlar üzrə uzunmüddətli daxili öhdəliklər üzrə maliyyə əməliyyatları üzrə xərclərin təşkil edəcəyi qeyd olunur". 

    Rəydə göstərilir ki, Mərkəzi Bankdan alınmış kreditlər üzrə proqnozlaşdırılmış vəsait tam həcmdə əsas borc üzrə ödənişlərə yönəldiləcək. Nəticədə, daxili borc üzrə azalmanın başlıca səbəbi bir sıra büdcədən maliyyələşən təşkilatlara, nəzarət zərfi dövlətə məxsus səhmdar cəmiyyətlərə Mərkəzi Bankdan verilmiş hökumət zəmanətli uzunmüddətli kreditlərlə bağlıdır. O da qeyd edilir ki, hökumətin müvafiq sərəncamları ilə növbəti ilin büdcəsində əsaslı vəsait qoyuluşu olaraq planlaşdırılan və müvafiq ödəniş qrafiklərinə uyğun təşkilatların nizamnamə kapitalının və ya aktivlərin artırılmasına yönəldilməsi kimi nəzərdə tutulan vəsaitlərin bir hissəsi cari ildə daxili dövlət borcuna xidmət xərci üzrə nəzərdə tutulmuş məbləğdən həyata keçirilib. 

    Palata 2017-ci ildə isə qeyd olunan ödənişlərin daxili dövlət borcu üzrə xidmət xərclərindən çıxarılmasını müsbət qiymətləndirməklə yanaşı həmin ödənişlərin təyinatı üzrə və digər mənbələr hesabına (məsələn, Mərkəzi Bankın 2015-ci ilin yekunları üzrə əldə etdiyi mənfəət hesabına) həyata keçirilməsini daha məqsədəuyğun hesab edir. Həmçinin qeyd olunur ki, 2017-ci ildə dövlət istiqrazları üzrə faiz xərclərində 40 mln. manatın nəzərdə tutulması istiqrazların yerləşməsi üzrə borclanmanın həcminin artması kimi qiymətləndirilə bilər. Bu zaman yenidən borclanma riskinin və mövcud vəziyyətin dəyişilməsi üçün daxili borc portfelinin müddətinin uzadılması müddət profilinin düzgün tərtib edilməsi, dövlət qiymətli kağızlarının alqı-satqısı üçün ilkin və ikinci dərəcəli bazarların funksiyalarının təkmilləşdirilməsi və sonrakı maliyyə ili üçün investorlara və maliyyə təşkilatlarına əvvəlcədən emissiya haqqında elanın verilməsi kimi məsələlərə xüsusi diqqət ayrılmasını şərtləndirir ki, bu sahədə də artıq Maliyyə Nazirliyi tərəfindən bir sıra zəruri və əməli tədbirlərin həyata keçirilməsini qeyd etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi