Palata: "Banklardakı likvidlik kapital bazarına transfer edilməlidir"

Palata: "Banklardakı likvidlik kapital bazarına transfer edilməlidir" Azərbaycanın bank sektorunda kifayət qədər likvidlik formalaşıb.
Maliyyə
27 May , 2019 14:01
Palata: Banklardakı likvidlik kapital bazarına transfer edilməlidir
Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov / Report/Elchin Murad

"Azərbaycanın bank sektorunda kifayət qədər likvidlik formalaşıb". 

“Report” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən “Azərbaycanda kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivləri” mövzusunda tədbirdə bildirib. 

Onun sözlərinə görə, həmin likvidlik qiymətli kağızlar bazarında transfer edilməlidir, amma bunun üçün hüquqi çərçivə lazımdır: "Sekturizasiya fəaliyyəti haqqında" qanun var. Lakin bu qanun beynəlxalq standartlara uyğunlaşdırılmayıb və işləmir. Düşünürük ki, onun tətbiqinə başlanılması ilə likvid vəsaitlərin kapital bazarına transformasiyasına nail ola biləcəyik və bu, həmin bazarda canlanmaya səbəb olacaq”. 

Son xəbərlər

Orphus sistemi