Pakistan Milli Bankının Bakı filialının zərəri 5 dəfəyə yaxın artıb

Pakistan Milli Bankının Bakı filialının zərəri 5 dəfəyə yaxın artıb Pakistan Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 297 min manat zərərlə başa vurub.
Maliyyə
16 Oktyabr , 2019 17:57
Pakistan Milli Bankının Bakı filialının zərəri 5 dəfəyə yaxın artıb

Pakistan Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 297 min manat zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,6 dəfə çoxdur.

9 ay ərzində Pakistan bankının gəlirləri 300 min manat (illik müqayisədə 44,5% az), xərcləri 647 min manat (5,9% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 50 min manat (7,1 dəfə çox) təşkil edib.

Bu il oktyabrın 1-nə Pakistan bankının aktivləri 10,426 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3% azdır. Bunun 672 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 43,4% kiçilib.

Hesabat dövründə Pakistan bankının öhdəlikləri 2,5% azalaraq 582 min manata düşüb, o cümlədən depozit portfeli 15,3% artaraq 565 min manata çatıb, balans kapitalı isə 3% azalaraq 9,844 milyon manat təşkil edib.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi