Pakistan Milli Bankının Bakı filialı ötən ili mənfəətlə yekunlaşdırıb

Pakistan Milli Bankının Bakı filialı ötən ili mənfəətlə yekunlaşdırıb Bakı. 28 yanvar. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri illik müqayisədə 1,2% azalaraq bu il yanvarın 1-nə 11 543 min manat təşkil edib.
Maliyyə
28 Yanvar , 2019 18:08
Pakistan Milli Bankının Bakı filialı ötən ili mənfəətlə yekunlaşdırıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri illik müqayisədə 1,2% azalaraq bu il yanvarın 1-nə 11 543 min manat təşkil edib.

“Report” bu barədə filialın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə Pakistan bankının kredit portfeli 24,6% azalaraq 937,4 min manata düşüb. Son 1 ildə Bakı filialının cəmi öhdəlikləri 4,4% azalaraq 1 403 min manat, o cümlədən depozit portfeli 16,8% artaraq 1 383 min manat olub. Cari il yanvarın 1-nə bankın nizamnamə kapitalı 9 420 min manat, cəmi kapitalı 10 140 min manat təşkil edib.

Pakistan bankı ötən il ərzində 2,6 min manat mənfəət əldə edib.

Xatırladaq ki, Bakı filialı 2017-ci ildə isə 104,9 min manat zərərlə işləyib. 

Son xəbərlər

Orphus sistemi