Pakistan Milli Bankının Bakı filialı nağd vəsaitlərini artırıb

Pakistan Milli Bankının Bakı filialı nağd vəsaitlərini artırıb Bank bu ilin ilk rübünü mənfəətlə başa vurub
Maliyyə
27 Aprel , 2016 09:24
Pakistan Milli Bankının Bakı filialı nağd vəsaitlərini artırıb

Bakı. 27 aprel. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialı aktivlərini illik müqayisədə 4,43% artıraraq 2016-cı il aprelin 1-nə 11 173,2 min manata yüksəldib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 4,93% azalaraq 2 198,58 min manat təşkil edib. Bankın nağd vəsaitlərində isə kəskin artım (46,07%) müşahidə olunub.

Hesabat dövründə depozit portfeli 24,16% artaraq 373,08 min manatdan 463,22 min manata çatıb. Cari il aprelin 1-nə Bankın nizamnamə kapitalı 9 420,00 min manat, məcmu kapitalı 10 372,8 min manat təşkil edib.

Bank cari ilin birinci rübündə 93,37 min manat mənfəət əldə edib. Ötən ilin birinci rübünü isə Bank 239,27 min manat zərərlə başa vurub. 

Son xəbərlər

Orphus sistemi