Pakistan Milli Bankının Bakı filialı bu ilin əvvəlindən 64 min manat zərər edib

Pakistan Milli Bankının Bakı filialı bu ilin əvvəlindən 64 min manat zərər edib Bakı. 29 oktyabr. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının aktivləri illik müqayisədə 3% azalaraq bu il oktyabrın 1-nə 10 747 min manat təşkil edib.
Maliyyə
29 Oktyabr , 2018 15:15
Pakistan Milli Bankının Bakı filialı bu ilin əvvəlindən 64 min manat zərər edib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının aktivləri illik müqayisədə 3% azalaraq bu il oktyabrın 1-nə 10 747 min manat təşkil edib.

“Report” bu barədə filialın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Oktyabrın 1-nə Pakistan bankının kredit portfeli (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) 1 188 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

Hesabat dövründə Bakı filialının cəmi öhdəlikləri 30% azalaraq 597 min manata, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 13% azalaraq 490 min manat olub. Hesabat tarixinə Pakistan bankının nizamnamə kapitalı 9 420 min manat, cəmi kapitalı 10 150 min manat təşkil edib.

Yanvar-sentyabr ayları ərzində Bakı filialı 63,6 min manat zərər edib. Yanvar-sentyabr aylarında maliyyə qurumunun faiz gəlirləri 541 min manat, faiz xərcləri 2 min manat, qeyri-faiz zərəri 0,4 min manat, qeyri-faiz xərcləri 609 min manat təşkil edib.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə bankın zərəri 106 min manat olub.

Son xəbərlər

Orphus sistemi