Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısının maliyyə yekunlarını açıqlayıb

Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısının maliyyə yekunlarını açıqlayıb Bakı. 28 iyul. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının aktivləri illik müqayisədə 0,37% azalaraq 2017-ci il iyulun 1-nə 11 233,05 min ma...
Maliyyə
28 İyul , 2017 12:25
Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısının maliyyə yekunlarını açıqlayıb

Bakı. 28 iyul. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının aktivləri illik müqayisədə 0,37% azalaraq 2017-ci il iyulun 1-nə 11 233,05 min manat təşkil edib. Kredit portfeli bu müddətdə 32,51% azalaraq iyulun -nə 1 428,95 min manata enib. Kredit portfelinin 1 262,99 min manatının və ya 88,39%-nin ödəniş vaxtı keçib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Depozit portfeli isə əksinə, artıb. Belə ki, depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 13,67% artaraq iyulun 1-nə 657,14 min manata yüksəlib. Cari il iyulun 1-nə Bankın nizamnamə kapitalı 9 420 min manat, məcmu kapitalı 10 198 min manat təşkil edib.

Bank cari ilin birinci yarısında 57,5 min manat zərər edib. 2016-ci ilin müvafiq dövrünü isə Bank 100,8 min manat xalis mənfəətlə başa vurub.

Son xəbərlər

Orphus sistemi