Pakistan Milli Bankının Bakı filialının aktivləri bu il 2%-dən çox artıb

Pakistan Milli Bankının Bakı filialının aktivləri bu il 2%-dən çox artıb Filial 9 ay ərzində 76 min manata yaxın xalis mənfəət əldə edib
Maliyyə
8 Noyabr , 2016 11:17
Pakistan Milli Bankının Bakı filialının aktivləri bu il 2%-dən çox artıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri ilin əvvəlindən 2,3% artaraq bu il, oktyabrın 1-nə 11,233 min manata çatıb. Bu barədə "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Hesabata əsasən, 9 ay ərzində filialın kredit portfeli 16,9% azalaraq 1,831 mln. manat olub. 

Hesabat dövründə kredit təşkilatının depozit portfeli isə 60% artaraq 580 min manata yüksəlib. Bunun 229 min manatı fiziki şəxslərin, 351 min manatı hüquqi şəxslərin tələbli depozitləridir. 

Pakistan Milli Bankının Azərbaycan Mərkəzi Bankı qarşısında isə öhdəliyi olmayıb. 

Oktyabrın 1-nə Bakı filialının nizamnamə kapitalı 9,42 mln. manat olaraq qalıb. 

Yanvar-sentyabr aylarında Pakistan bankı 76 min manata yaxın xalis mənfəət əldə edib. Bu müddətdə Bankın gəlirləri 418 min manat, o cümlədən faiz gəlirləri 388 min manat, qeyri-faiz gəlirləri 30 min manat, xərcləri 555 min manat, o cümlədən faiz xərcləri təxminən min manat, qeyri-faiz xərcləri isə 554 min manat olub. Bununla belə, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına çəkilmiş xərclərə 213 min manat qənaət edildiyindən mənfəətə çıxmaq mümkün olub. 

Onu da qeyd edək ki, 9 ay ərzində Bank məzənnə fərqi ucbatından valyuta əməliyyatlarından 6 min manata yaxın zərər edib. Belə ki, xarici valyuta ticarəti üzrə 4 min manat gəlir əldə olunduğu halda, xarici valyutada olan aktiv və passsivlərin yenidən qiymətləndirilməsi üzrə 10 min manat itki yaranıb. 

Son xəbərlər

Orphus sistemi