Ötən ay SOCAR istiqrazları ilə 3,82 mln. dollarlıq əməliyyat aparılıb

Ötən ay SOCAR istiqrazları ilə 3,82 mln. dollarlıq əməliyyat aparılıb Qiymətli kağızlar 4 dollar bahalaşıb
Maliyyə
7 İyun , 2017 12:58
Ötən ay SOCAR istiqrazları ilə 3,82 mln. dollarlıq əməliyyat aparılıb
Socar.az

Bakı. 7 iyun. REPORT.AZ/ Bu ilin may ayında qiymətli kağızların təkrar bazarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları ilə 3 819 552 dollarlıq əməliyyat aparılıb.

Bu barədə “Report” şirkətə istinadən xəbər verir. 

SOCAR istiqrazları üzrə market meyker olan “PSG Kapital” investisiya şirkətinin məlumatına görə, ötən ay 3 799 istiqraz alınıb və satılıb. Bunların 1 790 ədədi fiziki şəxslər, 2 009 ədədi isə hüquqi şəxslər tərəfindən əldə edilib. 

Mayda SOCAR istiqrazlarının qiyməti 4 dollar artaraq 1004 dollardan 1008 dollara yüksəlib (məlumat üçün bax: https://www.youtube.com/watch?v=jjfOPuchTXg).

Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin sentyabr ayında dövriyyəyə buraxılıb. İstiqrazlar 100 mln. dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliliklə emissiya edilib. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. Bu il yanvarın 17-də və aprelin 17-də ilk faizlər ödənilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.

Son xəbərlər

Orphus sistemi