Oreşkin: "FED-in faizləri artırması qlobal bazarlar üçün təhlükədir"

Oreşkin: "FED-in faizləri artırması qlobal bazarlar üçün təhlükədir" Nazir: "FED faizləri daha sərt şəkildə artıra bilər"
Maliyyə
3 Noyabr , 2017 14:24
Oreşkin: FED-in faizləri artırması qlobal bazarlar üçün təhlükədir
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin / Sputnik/ Grigory Sisoev

Bakı. 3 noyabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən monetar siyasətin inflyasiya ilə mübarizədə məcburi olaraq sərtləşdirilməsi qlobal maliyyə bazarlarında volatillik yaradacaq.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.

M.Oreşkin qeyd edib ki, hazırda ABŞ iqtisadiyyatında müşahidə olunan aşağı işsizlik səviyyəsi və aşağı inflyasiya müvəqqəti xarakter daşıyır. Bu durum son böhrandan sonra əhalidə yaranan mənfi gözləntilərlə əlaqədar olub ki, bu tendensiya artıq müsbətə doğru dəyişib.

"ABŞ-ın əmək bazarında vəziyyətin tədricən yaxşılaşması maaşların kəskin artmasına, inflyasiyanın sürətlənməsinə gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün FED daha sərt şəkildə uçot dərəcəsini artıra bilər. Bu da maliyyə aktivlərinin qiymətində korreksiyaya və qlobal maliyyə bazarlarında volatilliyə səbəb ola bilər", - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi