“Omni Finance” ötən ili mənfəətlə başa vurub

“Omni Finance” ötən ili mənfəətlə başa vurub Bakı. 3 iyun. REPORT.AZ/ “Omni Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) ötən ilin yekunu ilə bağlı maliyyə hesabatını açıqlayıb.“Report”un...
Maliyyə
3 İyun , 2017 15:00
“Omni Finance” ötən ili mənfəətlə başa vurub

Bakı. 3 iyun. REPORT.AZ/ “Omni Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) ötən ilin yekunu ilə bağlı maliyyə hesabatını açıqlayıb.

“Report”un məlumatına görə, bu il yanvarın 1-nə BOKT-un cəmi aktivləri 3,778 mln. manat təşkil edib.

Bunun 81,8%-i və yaxud 3,089 mln. manatı müştərilərə verilmiş kreditlər olub.

2016-cı ilin sonuna “Omni Finans”ın cəmi öhdəlikləri 3,684 mln. manat, cəmi kapitalı isə 94 min manat təşkil edib.

BOKT 2016-cı ili 129 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “Omni Finance” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 445 min manatdır. 

Son xəbərlər

Orphus sistemi