“Omni Finance”ın aktivləri 22% azalıb

“Omni Finance”ın aktivləri 22% azalıb Bakı. 4 oktyabr. REPORT.AZ/ “Omni Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 22,3% azalaraq bu il yanvarın 1-nə 2,934 mln. manat təşkil edib.
Maliyyə
4 Oktyabr , 2018 10:20
“Omni Finance”ın aktivləri 22% azalıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ “Omni Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 22,3% azalaraq bu il yanvarın 1-nə 2,934 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Omni Finance”ın müştərilərə verdiyi xalis kreditlər 31,7% azalaraq 2,111 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 22,4% azalaraq 2,859 mln. manata, cəmi kapitalı isə 20,2% azalaraq 75 min manata düşüb.

“Omni Finance” 2017-ci ili 19 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2016-cı ildən 129 min manat mənfəətlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi