OECD investorlara xəbərdarlıq edib

OECD investorlara xəbərdarlıq edib 2019-cu ildə iqtisadi artımda geriləmə gözlənilir
Maliyyə
28 Noyabr , 2017 17:12
OECD investorlara xəbərdarlıq edib

Bakı. 28 noyabr. REPORT.AZ/ OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) dünya iqtisadiyyatında yaranan yüksək qiymətlərlə bağlı investorlara xəbərdarlıq edib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, OECD 2018-ci ildə dünyada aktivlərin qiymət səviyyəsinin pik həddə çatacağını, başlanacaq hər hansı durğunluğun pis nəticələnə biləcəyini bildirib.

Təşkilat növbəti ildə dünyadakı aktivlərin qiymətinin son 8 ilin maksimal həddinə çatacağını qeyd edib. Lakin daha sonra qiymətlərin artması investisiyaların gözlənilən azalması və qlobal borc səviyyəsinin artması səbəbindən dayanacaq.

OECD 2017-ci ildə qlobal iqtisadiyyatın 3,6%, 2018-də isə 3,7% artacağını ehtimal edir. 2019-cu ildə isə iqtisadi artımın yenidən 3,6%-ə geriləyəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, bundan əvvəlki proqnozlarda OECD qlobal iqtisadi artımın 3,5% olacağını ehtimal edib.

Son xəbərlər

Orphus sistemi