OECD: Dünyada vergi ödənişlərinin həcmi artmaqda davam edir

OECD: Dünyada vergi ödənişlərinin həcmi artmaqda davam edir Azərbaycanda ilin ilk 10 ayında vergilərin ÜDM-də xüsusi çəkisi 11,6% təşkil edib
Maliyyə
8 Dekabr , 2016 20:00
OECD: Dünyada vergi ödənişlərinin həcmi artmaqda davam edir

Bakı. 8 dekabr. REPORT.AZ/ İnkişaf etmiş ölkələrdə vergi yığımlarının həcmi artmaqda davam edir.

"Report" xəbər verir ki, OECD-nin bu gün yaydığı hesabata görə, 2015-ci ildə vergi yığımlarının ÜDM-də xüsusi çəkisi bir əvvəlki illə müqayisədə 34,3%-lə rekord həddə çatıb. Belə ki, 2014-cü ildə bu göstərici 34.2% təşkil edib. Vergi yığımlarının ÜDM-də xüsusi çəkisi 2015-ci ildə hesabat təqdim edən OECD-ə üzv 32 ölkədən 25-də artım göstərib. Yeni statistika onu göstərib ki, vergi yığımlarının strukturu da dəyişib. Artım əsasən istehlak və əmək haqqlarında qeydə alınıb.

Beləliklə, vergi yığımlarının ÜDM-də xüsusi çəkisinə görə ilk sırada 46,6%-lə Danimarka yer alıb. İkinci sırada Fransa (45,5%) və sonra Belçika (44,8%) qərarlaşıb. Türkiyə 30%-lə 25-ci sırada yer alıb. ABŞ isə 26,4%-lə 28-cı yerdədir. Son bir il ərzində vergi yükünün ən çox artdığı ölkə 2,3% bəndi və 1,5% bəndi ilə müvafiq olaraq Meksika və Türkiyə olub.

Xatırladaq ki, Azərbaycanda 2016-cı ilin ilk 10 ayında vergi yığımlarının ÜDM-də xüsusi çəkisi 11,6% təşkil edib.

Son xəbərlər

Orphus sistemi