Norveç Neft Fondu: Fond bazarlarında volatilliyə hazır olmalıyıq

Norveç Neft Fondu: Fond bazarlarında volatilliyə hazır olmalıyıq Fondun aktivlərinin 66%-i səhmlərə yatırılıb
Maliyyə
27 Oktyabr , 2017 20:13
Norveç Neft Fondu: Fond bazarlarında volatilliyə hazır olmalıyıq

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Bu il Norveç Neft Fondu bütün aktivlərdən, xüsusilə də səhmlərə investisiyalardan yüksək gəlir əldə edib. Lakin bundan sonra çətin zamanlar başlaya bilər. Fond birjalarında yüksək volatilliyə hazır olmalıyıq. Hər rüb belə yüksək gəlirlilik əldə etməyə bilərik". 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı Norveç Neft Fondunun vəsaitlərini idarə edən "Norges Bank İnvestment Management"in icraçı direktoru İnqve Slinqstad verib.

Qeyd edək ki, 2017-ci ilin III rübündə Norveçin suveren fondu 3,2% gəlirlilik əldə edib. Bunun 4,3%-i səhmlərdən, 0,8%-i istiqrazlardan əldə olunub. Bununla da Fond 6-cı rübdür gəlirlərini artırıb. Ən çox gəlir "Royal Dutch Shell", "Apple" və Çinin "Tencent" şirkətlərinin səhmlərindən əldə olunub.

III rübün sonuna Fondun ümumi aktivlərinin 65,9%-i səhmlərdə, 31,6%-i istiqrazlarda, 2,5%-i isə daşınmaz əmlakda olub.

Norveç Neft Fondunun aktivləri 1 trln. dolları ötüb və hazırda onun idarə edilməsinin perspektivləri əsas müzakirə mövzusuna çevrilib. 

Son xəbərlər

Orphus sistemi