“Nikoil Bank”ın idarə heyətinə yeni sədr təyin edilib

“Nikoil Bank”ın idarə heyətinə yeni sədr təyin edilib Nikoloz Şurgaia Azərbaycan, Belarus, Gürcüstan, Rusiya və Böyük Britaniyada maliyyə sektorunda 20 illik təcrübəsi olan peşəkar bankirdir
Maliyyə
22 İyul , 2016 13:26
“Nikoil Bank”ın idarə heyətinə yeni sədr təyin edilib

Bakı. 22 iyul. REPORT.AZ/ Nikoloz Şurgaia “Nikoil Bank” ASC-nin idarə heyətinə sədr təyin edilib. Bu barədə “Report”a bankın mətbuat xidmətindən bildirilib. N.Şurgaia bu vəzifədə 2005-ci ildən bankın idarə heyətinin sədri vəzifəsində çalışan Vasili Viktoroviç Xamazanı əvəz edib.

Məlumatda deyilir ki, N.Şurgaia Azərbaycan, Belarus, Gürcüstan, Rusiya və Böyük Britaniyada maliyyə sektorunda 20 illik təcrübəsi olan peşəkar bankirdir. Hazırda o, Belarus və Gürcüstanda bir neçə bankın və Gürcüstan Fond Birjasının müşahidə şuralarının üzvüdür. Nikoloz London Biznes Məktəbi, eləcə də Tbilisi Dövlət Universitetinin məzunudur.

Rəhbərlik dəyişikliyi bankın Azərbaycanda biznes qurumları və fərdi şəxslərə müasir keyfiyyətli maliyyə xidmətlərini təqdim edən etibarlı bir tərəfdaşa transformasiya prosesini sürətləndirməklə izah olunur.

Son xəbərlər

Orphus sistemi