​"Nikoil Bank" Yay Təcrübə Proqramına başlayıb

​"Nikoil Bank" Yay Təcrübə Proqramına başlayıb Ən fəal iştirakçılar gələcəkdə Bankın filiallarından birində təcrübə keçmək imkanı əldə edəcəklər
Maliyyə
19 Aprel , 2016 17:01
​Nikoil Bank Yay Təcrübə Proqramına başlayıb

Bakı. 19 aprel. REPORT.AZ/ "Nikoil Bank" ASC paytaxtın və regionların ali təhsil müəssisələrinin məzunları üçün Yay Təcrübə Proqramını açıq elan edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, mayın 1-dən avqustun 1-dək müvafiq olaraq Bankın baş ofisində və filiallarında mikro və kiçik biznesin kreditləşdirilməsi üzrə praktik məşğələlər keçiriləcək. Proqramın davam etdiyi bütün dövr ərzində təcrübəçilər “Nikoil Bank", Azərbaycan bankları haqqında qanun, korporativ davranış və yazışmalar kodeksi, biznes kreditlərin verilməsi qaydası haqqında tam informasiya ilə tanış olacaq, eləcə də ölkə iqtisadiyyatında mikromaliyyələşdirmənin rolu, effektiv satış texnikası, kreditlərin verilməsi zamanı risklərin qiymətləndirilməsi, borcalanın balansının maliyyə təhlili və s. aktual mövzuların müzakirə olunacağı treninqlərdə iştirak edəcəklər.

Bu proqramda iştirak etmək istəyən 21-30 yaşlı ali təhsilli (ali iqtisadi təhsilə üstünlük verilir) şəxslər [email protected] elektron poçt ünvanına "Yay Təcrübə Proqramı" qeydi ilə CV göndərməklə qeydiyyatdan keçməlidirlər. Məhdud sayda anket seçildikdən sonra gələcək təcrübəçilər ənənəvi müsahibə üçün Banka dəvət ediləcək, həmin müsahibənin gedişində onlara məntiq üzrə testlər təqdim olunacaq. Yüksək bal toplayan şəxslər avtomatik olaraq "Nikoil Bank"ın adıçəkilən proqramının iştirakçıları siyahısına daxil ediləcəklər. 

Xatırladaq ki, ən fəal təcrübəçilər proqram başa çatdıqdan sonra gələcəkdə Bankda işə düzəlməyin nəzərə alınması ilə filiallardan birində təcrübə keçmək imkanı əldə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi