Bakı. 19 aprel. REPORT.AZ/ "Nikoil Bank" ASC paytaxtın və regionların ali təhsil müəssisələrinin məzunları üçün Yay Təcrübə Proqramını açıq elan edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, mayın 1-dən avqustun 1-dək müvafiq olaraq Bankın baş ofisində və filiallarında mikro və kiçik biznesin kreditləşdirilməsi üzrə praktik məşğələlər keçiriləcək. Proqramın davam etdiyi bütün dövr ərzində təcrübəçilər “Nikoil Bank", Azərbaycan bankları haqqında qanun, korporativ davranış və yazışmalar kodeksi, biznes kreditlərin verilməsi qaydası haqqında tam informasiya ilə tanış olacaq, eləcə də ölkə iqtisadiyyatında mikromaliyyələşdirmənin rolu, effektiv satış texnikası, kreditlərin verilməsi zamanı risklərin qiymətləndirilməsi, borcalanın balansının maliyyə təhlili və s. aktual mövzuların müzakirə olunacağı treninqlərdə iştirak edəcəklər.
Bu proqramda iştirak etmək istəyən 21-30 yaşlı ali təhsilli (ali iqtisadi təhsilə üstünlük verilir) şəxslər
Xatırladaq ki, ən fəal təcrübəçilər proqram başa çatdıqdan sonra gələcəkdə Bankda işə düzəlməyin nəzərə alınması ilə filiallardan birində təcrübə keçmək imkanı əldə edəcəklər.