​"Nikoil Bank" xidmət keyfiyyətini yüksəldir

​"Nikoil Bank" xidmət keyfiyyətini yüksəldir Bankın filial şəbəkəsində müştərilərə xidmət göstərilməsi keyfiyyəti qiymətləndirilib
Maliyyə
12 Aprel , 2016 10:22
​Nikoil Bank xidmət keyfiyyətini yüksəldir

Bakı. 12 aprel. REPORT.AZ/ "Nikoil Bank" ASC "Mystery Shopping" proqramı vasitəsilə xidmət keyfiyyətini yüksəldir. "Report"un Banka istinadən verdiyi xəbərə görə, "4Service" beynəlxalq araşdırma şirkəti bütün qarşılıqlı əlaqə kanallarında göstərilən xidmətin tam mənzərəsini əldə etmək məqsədi ilə Bankın Puşkin küçəsi,30 ünvanında yerləşən baş ofisi də daxil olmaqla, "Nikoil Bank"ın filial şəbəkəsində müştərilərə xidmət göstərilməsi keyfiyyətinin qiymətləndirilməsini həyata keçirib.

“Gizli alıcıların” tapşırıqlarının spektri müştərinin qarşılanması, salamlanması, onunla ünsiyyətin qurulması, müştərinin tələbat və prioritetlərinin müəyyən edilməsi, etirazlarla və mübahisəli vəziyyətlərlə iş, müştəri ilə dialoqun sona çatdırılmasından kassirin işinə, işçi heyətinin xarici görünüşü və davranışına qədər kifayət qədər geniş sahələri əhatə edib. Monitorinqin birinci mərhələsinin nəticələrinə görə, "Nikoil Bank" şəbəkəsinin ümumi indeksi 100 mümkün baldan 74,06 bal təşkil edib ki, bu da “Kafi” kateqoriyasına müvafiqdir. Bu, "Nikoil Bank"ın doğru xidmət strategiyasını göstərir və “əla” göstəricisinə nail olmaq üçün yüksək potensialın olduğunu nümayiş etdirir.

"Mystery Shopping" proqramının nəticələrinin ətraflı təhlili Bankın inkişaf etdirilməsi sahəsində göstərilən xidmətin nəticələrinin yüksəldilməsinin təmin edilməsi üzrə səylərin cəmləşdirilməli olduğu minimum problemli məqamları və zonalarını aşkar etməyə imkan verib.

Qeyd edək ki. "4Service Group – Customer Experience" beynəlxalq araşdırma şirkəti "Mystery Shopping" xidmətinin aparıcı provayderidir.

Son xəbərlər

Orphus sistemi