Yuxarı
    Bağlamaq

    ​"Nikoil Bank" VİP müştəriləri üçün ənənəvi caz axşamı təşkil edib

    Tədbirə Nikoil Private Banking xidmətinin müştəriləri dəvət olunub

    Bakı. 16 dekabr. REPORT.AZ/ "Nikoil Bank" ASC müştəriləri üçün Bakıda ənənəvi "JAZZ axşamı" təşkil edib. Tədbirə "Nikoil Private Banking" xidmətinin müştəriləri dəvət olunub. "Report"un verdiyi xəbərə görə, tədbirin əvvəlində bankın İdarə Heyətinin sədri Vasiliy Xamaza açılış nitqi ilə banka olan güvən və etimada görə əmanətçilərə və tərəfdaşlara təşəkkürünü bildirib.

    "Bu ənənə bizim üçün çox vacibdir və bu ənənənin gələcəkdə də davam və inkişaf etməsi üçün çox səy göstərəcəyik. Belə tematik gecələr sayəsində müştərilərimizlə üzbəüz görüşürük və onlarla açıq şəkildə söhbət etmək imkanımız olur. Bununla biz onlara sadəcə qulaq asmırıq, eyni zamanda onları eşidirik də. Bu da bizə müştərilərimizin tələblərini yerində qarşılamaq imkanı verir", - V.Xamaza qeyd edib.

    Qeyd edək ki, gecədə Azərbaycanın əməkdar artisti pianoçu Emil Əfrasiyab, əməkdar incəsənət xadimi Cavan Zeynallı və əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin rəhbərliyi ilə “Aypara” qrupu çıxış ediblər.

    "Nikoil Private Banking" xidmətləri – fərdi kapitalın idarə edilməsi sahəsində peşəkar məsləhət, kapitalın qorunması, artırılması və varislərə ötürülməsində effektiv müdafiə strategiyasının hazırlanması, maliyyə işlərinin planlaşdırılması məsələlərində məsləhət, klassik bank xidmətləri - bank kartları, əmanətlər, kreditlər, seyf qutuları, akkreditivlər, hətta uşaqlara və böyüklərə yüksək keyfiyyətli tibbi xidmət, sığortalama və sairdir.

    "Nikoil Private" əmanətinin maksimal illik gəliri AZN üzrə 13,7%-dək, USD üzrə 9,1%-dək, EUR üzrə isə 7,6%-dək dəyişir.

    "Nikoil Bank"da yerləşdirilən əmanətlərin hazırkı həcmi fiziki şəxslər üzrə 202 mln. manat, hüquqi şəxslər üzrə isə 34 mln. manat təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi