“Nikoil Bank” reqbi üzrə beynəlxalq turnirə dəstək olub

“Nikoil Bank” reqbi üzrə beynəlxalq turnirə dəstək olub Bu, bankın sosial yönümlü siyasətinin bir hissəsidir
Maliyyə
25 Aprel , 2017 10:06
“Nikoil Bank” reqbi üzrə beynəlxalq turnirə dəstək olub

Bakı. 25 aprel. REPORT.AZ/ Aprelin 22-23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsinə həsr olunmuş beynəlxalq yeniyetmələr arasında “Nikoil Cup” reqbi turniri keçirilib.

Bu barədə “Report”a turnirin sponsoru olan “Nikoil Bank” ASC-dən bildirilib.

Məlumatda deyilir ki, turnirdə Azərbaycan, Gürcüstan və Rusiyadan 8 komanda iştirak edib. Bunlar “Qarabağ”, “Tiqrı”, “TİSA Titans” (Azərbaycan), “Tsikara”, “Mimino”, “Vefxvebi” (Gürcüstan), “Drakonı”, “Medvedi” (Rusiya) komandalarıdır. “Qarabağ” reqbi klubu, Azərbaycan Reqbi Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi də tədbirin sponsoru kimi çıxış ediblər. Baş tutmuş görüş gənc reqbistlərin mübariz oyunu, dinamik oyun kombinasiyaları, dözümlü və baxımlı oyunu ilə tamaşaçıları sevindirib. Turnirin qalibi Rusiyanın Penza şəhərinin “Drakonı” komandası oldu. İkinci yeri “Vefxvebi”, üçüncü yeri isə “Mimino” komandası tutdu.

“Belə tədbirlərə maliyyə dəstəyinin verilməsi “Nikoil Bank”ın sosial yönümlü siyasətinin ayrılmaz hissəsidir. Reqbi idman növünün təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni olmasına baxmayaraq, bu beynəlxalq turnirin keçirilməsi böyüməkdə olan nəslin fiziki inkişafa və ümumiyyətlə idmana marağını bir daha sübut edir”, - deyə Bankın açıqlamasında bildirilir.

Xatırladaq ki, “Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olmaqla və yaxud (012) 981 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər

Orphus sistemi