Yuxarı

"Nikoil Bank" premium kartları üzrə keçirilən aksiyaya qoşulub

Lotereyada səyahət paketləri və parfumeriya mağazalarından hədiyyə kuponları oynanılacaq

Bakı. 17 iyun. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin "Visa Gold" və "Visa Platinum" premium növlü plastik kartlarının sahibləri 50 manatdan yuxarı nağdsız ödəniş etdikdə stimullaşdırıcı lotereyada iştirak etmək şansı qazanacaqlar.

Lotereyada 6 ədəd, hər biri 6 350 manat dəyərində olan səyahət paketləri və 120 ədəd Azərbaycanda fəaliyyət göstərən tanınmış parfumeriya mağazaları şəbəkələrindən hədiyyə kuponları oynanılacaq.

"Lotereyada iştirak etmək üçün aksiya müddəti ərzində plastik kartınızı və etdiyiniz bütün ödənişləri www.visa.com.az saytında qeydə almağınız zəruridir", - deyə məlumatda qeyd olunub.

Bu gün "Nikoil Bank" filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi