“Nikoil Bank” ötən ili zərərlə başa vurub

“Nikoil Bank” ötən ili zərərlə başa vurub Bakı. 14 yanvar. REPORT.AZ/ “Nikoil Bank” QSC-nin aktivləri illik müqayisədə 4,64% azalaraq 2019-cu il yanvarın 1-nə 417 040 min manata düşüb.
Maliyyə
14 Yanvar , 2019 11:26
“Nikoil Bank” ötən ili zərərlə başa vurub

Bakı. 14 yanvar. REPORT.AZ/ “Nikoil Bank” QSC-nin aktivləri illik müqayisədə 4,64% azalaraq 2019-cu il yanvarın 1-nə 417 040 min manata düşüb.

“Report” bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat tarixinə Bankın kredit portfeli (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə məqsədli ehtiyatın ayrılmasından sonra xalis kreditlər) 182 165 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,47% azdır.

Son 1 ildə Bankın cəmi öhdəlikləri 3,04% azalaraq 351 368 min manata, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 0,24% azalaraq 228 666 min manata enib.

2018-ci il sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) Banka qarşı 27 200 min manat tələbi olub ki, bu da illik müqayisədə 32,5% azdır. Bu il yanvarın 1-nə Bankın nizamnamə kapitalı 348 mln. manat, cəmi kapitalı isə 65 673 min manat təşkil edib.

Bank ötən il ərzində 135 201 min manat zərər edib. Bankın faiz gəlirləri 68 137 min manat, faiz xərcləri 15 508 min manat, qeyri-faiz gəlirləri 7 689 min manat, qeyri-faiz xərcləri 23 363 min manat təşkil edib.

Xatırladaq ki, 2017-ci ildə Bankın xalis zərəri 2 709 min manat olub. 

Son xəbərlər

Orphus sistemi