“Nikoil Bank” Novruz bayramı ilə əlaqədar xeyriyyə aksiyası keçirib

“Nikoil Bank” Novruz bayramı ilə əlaqədar xeyriyyə aksiyası keçirib Bank kimsəsiz uşaqları Akademik Milli Dram Teatrına dəvət edib
Maliyyə
18 Mart , 2017 16:18
“Nikoil Bank” Novruz bayramı ilə əlaqədar xeyriyyə aksiyası keçirib

Bakı. 18 mart. REPORT.AZ/ “Nikoil Bank” ASC öz ənənəsinə sadiq qalaraq bu dəfə də Novruz bayramına həsr olunmuş növbəti xeyriyyə aksiyasını keçirib.

Bankdan “Report”a verilən məlumata görə, Bakının Bilgəh qəsəbəsində yerləşən 11 saylı internat-məktəbinin valideyn himayəsindən məhrum olan 150 uşaq Akademik Milli Dram Teatrına dəvət olunub. Balaca tamaşaçılar bayram tamaşasından unudulmaz təəssüratlarla ayrılıblar. Novruz bayramının rəmzləri – Kosa, Keçəl və Bahar Qızı ilə yanaşı digər milli folklor qəhrəmanları onları əyləndiriblər. Hər bir uşaq yaxşı əhval-ruhiyyə ilə birgə ənənəvi hədiyyə də alıb.

Xatırladaq ki, “Nikoyl Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olmaqla və yaxud (012) 981 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər

Orphus sistemi