Bakı. 18 mart. REPORT.AZ/ “Nikoil Bank” ASC öz ənənəsinə sadiq qalaraq bu dəfə də Novruz bayramına həsr olunmuş növbəti xeyriyyə aksiyasını keçirib.
Bankdan “Report”a verilən məlumata görə, Bakının Bilgəh qəsəbəsində yerləşən 11 saylı internat-məktəbinin valideyn himayəsindən məhrum olan 150 uşaq Akademik Milli Dram Teatrına dəvət olunub. Balaca tamaşaçılar bayram tamaşasından unudulmaz təəssüratlarla ayrılıblar. Novruz bayramının rəmzləri – Kosa, Keçəl və Bahar Qızı ilə yanaşı digər milli folklor qəhrəmanları onları əyləndiriblər. Hər bir uşaq yaxşı əhval-ruhiyyə ilə birgə ənənəvi hədiyyə də alıb.
Xatırladaq ki, “Nikoyl Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ



