Yuxarı
    Bağlamaq

    “Nikoil Bank” nizamnamə kapitalını artırıb

    © Report

    Bakı. 4 dekabr. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin səhmdarlarının 21 aprel 2017-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarına əsasən, Bankın nizamnamə kapitalının artırılması prosesi yekunlaşdırılıb. Nəticədə, Bankın nizamnamə kapitalı 19,24% və ya 35,5 mln. manat artırılaraq 220 mln. manata çatdırılıb.

    “Report” bu barədə Banka istinadən xəbər verir.

    Qeyd olunur ki, "Nikoil Bank" Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi