"Nikoil Bank" kapitalını 60 mln. manat artırır

"Nikoil Bank" kapitalını 60 mln. manat artırır Avqustun 31-də Moskvada bankın səhmdarlarının növbədənkənar yığıncağı keçirilib
Maliyyə
5 Sentyabr , 2016 11:40
Nikoil Bank kapitalını 60 mln. manat artırır

Bakı. 5 sentyabr. REPORT.AZ/ Avqustun 31-də Moskvada "Nikoil Bank" ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçirilib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, yığıncaqda "Nikoil Bank"ın nizamnamə kapitalının 60 mln. manat artırılması barədə qərar qəbul edilib. Qərara əsasən, Bankın kapitalı 34,5 mln. manatdan 94,5 mln. manata çatdırılacaq.

Xatırladaq ki, kapital artımı məsələsi "Nikoil Bank"ın Müşahidə Şurasının bu yaxınlarda keçirilmiş iclasında müzakirə edilib və səhmdarlara nizamnamə kapitalının bu ilin sentyabr ayından gec olmayaraq artırılması tövsiyə olunub.

Bu gün "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ səhifə www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

Son xəbərlər

Orphus sistemi